Birləşmiş Ərəb Əmirliklərində qeyri-neft özəl sektorunda biznes fəallığı yüksək səviyyədə qalsa da, müəssisələrin xərcləri və satış qiymətləri artmaqda davam edir.
Monetar.az xəbər verir ki, S&P Global tərəfindən hesablanan biznes fəallığı indeksi oktyabrda 54,8 bənd təşkil edib. Sentyabrda bu göstərici 55,3 bənd olub.
Yeni sifarişlərin artımı sürətlənib, ixrac sifarişləri isə son iki ilin ən yüksək artım tempini göstərib. Bununla yanaşı, xammal, yanacaq, enerji, daşınma və icarə xərclərinin bahalaşması müəssisələrə təzyiq göstərib.
Şirkətlərin satış qiymətlərindəki artım 2009-cu ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb.