Paraqvayda rəqəmsal bank Uenonun fəaliyyətinin dayandırılması ölkədə siyasi böhrana səbəb olub. Bankın təxminən 3 milyon müştərisinin hesablarına çıxışını itirməsindən sonra prezident Santyaqo Penya istefa verib.
Monetar.az xəbər verir ki, Prezident Santyaqo Penya noyabrın 5-də yayımladığı video müraciətində qərarını ölkədə sabitliyin, ictimai asayişin və demokratik institutların qorunması zərurəti ilə izah edib. O, əsas prioritetinin əmanətçilərin vəsaitlərinin geri qaytarılmasını təmin etmək olduğunu bildirib.
Böhranın siyasi nəticələri bununla da məhdudlaşmayıb. ABŞ-ın Associated Press agentliyinin məlumatına görə, parlamentin aşağı palatası Penyanın istefasından bir neçə dəqiqə sonra onun impiçmentini 78 səslə, yekdilliklə dəstəkləyib. Prosesin yekunlaşması üçün Senatın da qərarı tələb olunur.