Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, cari il üçün təsdiqlənmiş göstərici ilə müqayisədə 52,8 milyon manat və ya 19,8% çoxdur.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
Nazirin sözlərinə görə, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması nəzərdə tutulur.
Bu çərçivədə 173 min şəxsin işlə təmin edilməsi, 14,5 min nəfərin özünüməşğulluq proqramına, 18,5 min nəfərin peşə hazırlığına cəlb olunması planlaşdırılır. Bundan əlavə, 230 min şəxsə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi proqnozlaşdırılır.
Anar Əliyev qeyd edib ki, gələn il 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi gözlənilir.
Nazirin açıqlamasına əsasən, 2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə İşsizlikdən Sığorta Fondunun ümumi xərclərinin 61%-i və ya 194,2 milyon manatı yönəldiləcək. İşsizlikdən sığorta ödənişləri üçün isə 36 milyon manat vəsait ayrılması nəzərdə tutulur.