İrlandiyada işsizlik səviyyəsi oktyabrda 4,8 faizə yüksəlib

İrlandiyada işsizlik səviyyəsi oktyabrda

İrlandiyada işsizlik səviyyəsi 2026-cı ilin oktyabr ayında əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi artaraq 4,8%-ə çatıb.

Ölkənin Mərkəzi Statistika İdarəsinin çərşənbə günü açıqladığı məlumatlara görə, sentyabr ayı üzrə işsizlik göstəricisi də yenidən nəzərdən keçirilib. Belə ki, əvvəlcə 5% səviyyəsində qiymətləndirilən sentyabr göstəricisi 4,7%-ə endirilib.

Məlumatlara edilən son düzəlişlər nəzərə alınmaqla, İrlandiyada işsizlik səviyyəsi ardıcıl yeddinci aydır ki, 5%-lik həddən aşağı qalır.

Statistik göstəricilərə əsasən, 2021-ci ilin noyabr ayından etibarən ölkədə işsizlik səviyyəsi 4,1–5,1% intervalında dəyişib. Bu dövrdə qeydə alınan 4,1%-lik göstərici isə İrlandiyada bütün müşahidə tarixinin ən aşağı səviyyələrindən biri hesab olunur.

MONETAR.AZ