Azərbaycanda iribuynuzlu mal-qaranın sayı azalıb

Azərbaycanda iribuynuzlu mal-qaranın

Azərbaycanda 2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə, iribuynuzlu mal-qaranın və qoyun-keçilərin sayında azalma qeydə alınıb. 

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya əsasən xəbər verir ki, bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 2 milyon 441,6 min baş təşkil edib. Bu, 2025-ci ilin eyni tarixi ilə müqayisədə 24 min baş və ya təxminən 1% azdır. Onlardan 2 milyon 353,4 min başı inək və camış, 1 milyon 214,9 min başı isə inək və camışlardan ibarət naxır təşkil edib.

İribuynuzlu mal-qaranın tərkibində inəklərin sayı 1 milyon 172,4 min baş, camışların sayı isə 42,5 min baş olub. Beləliklə, camışların ümumi sayı əvvəlki ilin göstəricisi ilə müqayisədə 7,2 min baş azalıb.

Hesabat dövrünün əvvəlində ölkədə qoyun və keçilərin ümumi sayı 6 milyon 804,1 min baş olub. Bu göstərici ötən ilin müvafiq dövründəki 6 milyon 896,5 min başla müqayisədə 92,4 min baş azdır.

Qoyunların sayı 6 milyon 413,9 min baş, keçilərin sayı isə 390,2 min baş təşkil edib. 2025-ci ilin əvvəlində bu göstəricilər müvafiq olaraq 6 milyon 502,3 min və 394,2 min baş olub.