Azərbaycanda balıq istehsalı 2030-cu ilədək 7700 tona çatdırılacaq

Azərbaycanda balıq istehsalı 2030-cu ilədək
Azərbaycanda akvakultura üzrə illik istehsal həcminin 2030-cu ilədək 7 700 tona çatdırılması hədəflənir.

Monetar.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Regional Akvakultura Forumunda bildirib.

Hazırda ölkədə akvakultura üzrə illik istehsal 3 400 ton təşkil edir. Qarşıya qoyulan hədəfə çatmaq üçün istehsalın iki dəfədən çox artırılması nəzərdə tutulur.

Nazirin sözlərinə görə, bu, daxili bazarın yerli məhsullarla təminatını yaxşılaşdıracaq, idxaldan asılılığı azaldacaq və ixrac imkanlarını genişləndirəcək.

2026-2030-cu illəri əhatə edən Dövlət Proqramında balıqçılıq təsərrüfatlarının müasirləşdirilməsi, rəqəmsal nəzarət mexanizmləri və akvakultura aqroparkının yaradılması da nəzərdə tutulur.