4 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda onlayn təlim təşkil olunub.
Təlimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılara dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin mahiyyəti, müvafiq qaydaların tətbiqi, eləcə də bu prosesdə nəzərdə tutulan prosedurlar və düsturlar barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, qiymətləndirmə zamanı yol verilən tipik səhvlər və praktikada qarşıya çıxan çətinliklər müzakirə edilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Təlimin sonunda əməkdaşları maraqlandıran suallar cavablandırılıb.