Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda TOEFL iBT imtahanı keçiriləcək.
Monetar.az xəbər verir ki, imtahan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50 ünvanında təşkil olunacaq və saat 09:00-da başlayacaq.
İştirakçılar imtahanın başlanmasına ən azı bir saat qalmış şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasının qarşısında olmalıdırlar.
Qeyd edək ki, 15 və daha aşağı yaş qrupuna aid olan iştirakçılar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.