Dünya bazarlarında qızılın qiyməti ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri və geosiyasi risklərlə bağlı gözləntilərin dəyişməsi nə görə yüksəlib. Dolların zəifləməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin aşağı düşməsi qiymətli metalın bir unsiyasının dəyərinin 4 100 dollar həddini aşmasına səbəb olub.
Buna ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların qələbəsi, eləcə də Prezident Donald Trampın İrana qarşı yeni hərbi zərbələr endirilməsi ehtimalını azaltması təsir göstərib.
Bakı vaxtı ilə saat 05:52-yə olan məlumata görə, qızılın spot qiyməti 1,8% artaraq bir unsiya üçün 4 132,36 dollara çatıb. ABŞ-da qızıl fyuçerslərinin qiyməti isə 1,7% yüksələrək 4 141,40 dollar təşkil edib.
Digər qiymətli metalların bazarında da müsbət dinamika qeydə alınıb. Gümüşün spot qiyməti 2,1% artımla 53,34 dollara, platina isə 1,7% bahalaşaraq 1 525,78 dollara yüksəlib.
Palladinin spot qiyməti 1,7% artaraq bir unsiya üçün 1 024,51 dollara çatıb. Bu metal üzrə fyuçerslərin qiyməti isə 1,6% yüksələrək 1 020,25 dollar olub.
Eyni zamanda, ABŞ dollarının əsas valyutalar qarşısındakı məzənnəsini ölçən DXY indeksi 0,3% geriləyərək 101,31 səviyyəsinə enib. Dolların zəifləməsi qızılın digər valyutalara sahib investorlar üçün cəlbediciliyini artıran amillərdən biri kimi çıxış edib.
MONETAR.AZ