Asiya fond bazarlarında texnologiya şirkətlərinin səhmləri üzrə ciddi satışlar qeydə alınıb.
Monetar.az xəbər verir ki, investorların süni intellekt sektoruna yönəldilən böyük investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqları bazarlara təzyiq göstərib. ABŞ-də aralıq seçkilərdən sonra texnologiya sektoruna daha sərt tənzimləmələrin tətbiqi ehtimalı da investorların diqqətində olub.
Yaponiyanın Nikkei 225 indeksi 4%-dən çox, Cənubi Koreyanın KOSPI indeksi isə 3%-dən artıq geriləyib. Çin fond bazarlarında da ciddi yüksəliş müşahidə olunmayıb.
Beləliklə, süni intellekt sahəsinə yatırılan böyük vəsaitlərin gələcək gəlirliliyi qlobal texnologiya bazarlarının əsas müzakirə mövzularından birinə çevrilib.