Bitcoin yenidən bahalaşdı: kriptovalyuta bazarında canlanma müşahidə olunur

Bitcoin yenidən bahalaşdı: kriptovalyuta bazarında

Qlobal maliyyə bazarlarında risk iştahasının bərpası kriptovalyutaların qiymətinə də müsbət təsir göstərib. Bitcoin bu gün əvvəlki gün qeydə alınan kəskin ucuzlaşmadan sonra yenidən bahalaşaraq investorların diqqətini cəlb edib.

Bazar məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 10:48-də Bitcoin-in qiyməti 1,8% artaraq 77 919,7 dollara çatıb. Bununla da ən böyük kriptovalyuta son bir aydan artıq müddətin minimum səviyyəsinə geriləməsindən sonra itkilərinin bir hissəsini kompensasiya edib.

Bazarda müsbət dinamika yalnız Bitcoin-lə məhdudlaşmayıb. Digər aparıcı kriptovalyutalarda da qiymət artımı qeydə alınıb. Son həftələrdə ciddi dəyər itkisi yaşayan rəqəmsal aktivlərin ucuzlaşmış qiymətlərlə alınması bazarda tələbi gücləndirən amillərdən biri olub.

Kriptovalyuta bazarındakı yüksəlişə ABŞ-da siyasi mənzərəyə dair qeyri-müəyyənliyin azalması da təsir göstərib. Konqresə keçirilən aralıq seçkilərdə demokratların qələbəsindən sonra investorların siyasi proseslərə münasibətində nikbinlik güclənib.

Bununla yanaşı, Uoll-strit fyuçerslərində və Asiya fond bazarlarında, xüsusilə texnologiya sektorunda əvvəlki itkilərin azalması riskli aktivlərə marağı artırıb. Mövcud tendensiya kriptovalyutaların da ümumi bazar əhval-ruhiyyəsinə uyğun olaraq möhkəmləndiyini göstərir.

MONETAR.AZ