Daşınmaz əmlak bazarında yeni tikili mənzillər likvidliyinə görə digər əmlak seqmentlərini qabaqlayır.
Monetar.az Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir ki, yeni tikili mənzillərin satış müddəti 11-15 gün təşkil edir. Bu seqment üzrə cari median qiymət 2 850 manat, baza median qiyməti isə 2 640 manatdır. Beləliklə, qiymətlər baza dövrü ilə müqayisədə 8% artıb. İndeks 108,0 səviyyəsindədir.
Köhnə tikili mənzillərdə də yüksək likvidlik qeydə alınıb. Bu seqmentdə satış müddəti 15-21 gün, cari median qiymət 2 692 manat, indeks isə 106,8 təşkil edib. Qiymət artımı 6,8% olub.
Maraqlı məqam ondan ibarətdir ki, yeni tikililərdə satış daha sürətli olsa da, diskont göstəricisi 13,6-13,7% təşkil edir. Köhnə tikililərdə isə bu göstərici 11,2-11,3% intervalındadır.
AQP-nin məlumatına görə, kommersiya obyektlərinin satış müddəti 16-24 gün, torpaq sahələrinin satış müddəti 18-26 gün təşkil edir. Hər iki seqment orta likvidlik kateqoriyasına daxildir.
Həyət evlərinin satış müddəti 24-35 gün, qarajların satış müddəti isə 23-33 gündür. Qarajlar müqayisə olunan seqmentlər arasında aşağı likvidlik göstəricisi ilə seçilir.