Ən çox dövriyyəyə malik investisiya şirkətləri 

  Ən çox dövriyyəyə malik

2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) yerli investisiya şirkətlərinin dövriyyə həcminə görə renkinqi açıqlanıb.

Monetar.az BFB-yə istinadən xəbər verir ki, hesabat dövründə ən yüksək dövriyyə ABB İnvest İnvestisiya Şirkətində qeydə alınıb.

Belə ki, şirkətin dövriyyəsi 26 milyard 490,9 milyon manat, bağladığı əməliyyatların sayı isə 26 863 olub.

Renkinqdə ikinci yeri PAŞA Kapital İnvestisiya Şirkəti tutub. Şirkətin dövriyyəsi 19 milyard 13 milyon manat, əməliyyatlarının sayı isə 52 146 təşkil edib.

İlk üçlüyü 5 milyard 996,8 milyon manat dövriyyə ilə İnvest-Az İnvestisiya Şirkəti tamamlayıb. Şirkət hesabat dövründə 5 125 əməliyyat həyata keçirib.

İlk beşlikdə, həmçinin 5 milyard 699,5 milyon manat dövriyyə ilə Unicapital və 5 milyard 525,4 milyon manat dövriyyə ilə CPM-İnvest yer alıb.

Digər investisiya şirkətlərinin göstəriciləri belə olub:

  • Assist Finance – 2 milyard 599,4 milyon manat (1 596 əməliyyat);
  • CFI FİNANCİAL – 1 milyard 419,4 milyon manat (45 əməliyyat);
  • İnno Kapital – 1 milyard 245,8 milyon manat (1 050 əməliyyat);
  • Xalq Kapital – 467,4 milyon manat (189 əməliyyat);
  • Capital Partners – 455,9 milyon manat (491 əməliyyat);
  • Troni – 347,4 milyon manat (9 303 əməliyyat);
  • MFX Trading – 70,99 milyon manat (60 əməliyyat).

Renkinqdə sonuncu yerdə isə Xalq Bankı qərarlaşıb. Bankın dövriyyəsi 12,5 milyon manat, əməliyyatlarının sayı isə 385 olub. Beləliklə, yanvar-oktyabr aylarında ABB İnvest dövriyyə həcminə, PAŞA Kapital isə əməliyyatların sayına görə yerli investisiya şirkətləri arasında lider olub.