Gələn il orta aylıq əmək haqqı 700 dollar həddini keçəcək

Gələn il orta aylıq əmək haqqı

2027-ci ildə Azərbaycanda nominal orta aylıq əməkhaqqının 8,7 % artaraq 1 288,30 manata (757,82 dollar) çatacağı proqnozlaşdırılır.

Monetar.az xəbər verir ki, bu barədə 2027-ci il üzrə Büdcə Zərfində məlumat verilib.

Sənədə əsasən, 2026-cı ildə ölkə üzrə nominal orta aylıq əməkhaqqının 1 185,50 manat (697,35 dollar) olacağı gözlənilir. 2027-ci ildə isə bu göstəricinin 1 288,30 manata (757,82 dollar) yüksələcəyi proqnozlaşdırılır.

Beləliklə, gələn il orta aylıq əməkhaqqının 102,80 manat (60,47 dollar) artacağı nəzərdə tutulur.

Büdcə Zərfində əhalinin gəlirləri ilə bağlı digər göstəricilər də əksini tapıb. Belə ki, əhaliyə ödənişlər üzrə xərclərin 2026-cı ilin proqnozu ilə müqayisədə 9,2%, gözlənilən icra göstəricisi ilə müqayisədə isə 10,9% artırılması planlaşdırılır.