Bakı Dövlət Universiteti (BDU) 3 kafedra müdiri və 13 professor-müəllim vəzifəsi üzrə müsabiqə elan edib. Vakant yerlər arasında professor, dosent, baş müəllim və müəllim vəzifələri var.
Monetar.az xəbər verir ki, müsabiqə universitetin Riyazi kibernetika, Riyazi analiz və funksiyalar nəzəriyyəsi, Əqli mülkiyyət hüququ, Sosial iş, Orta Şərq dilləri və ədəbiyyatı, Milli mətbuat tarixi və digər kafedralarını əhatə edir.
Kafedra müdiri vəzifəsi üzrə Riyazi kibernetika, Riyazi analiz və funksiyalar nəzəriyyəsi, Əqli mülkiyyət hüququ kafedralarının hər birində 1 vakant yer nəzərdə tutulub.
Professor-müəllim heyəti üzrə isə Sosial iş kafedrasında 1 professor və 1 müəllim, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında 1 baş müəllim, Milli mətbuat tarixi kafedrasında 0,5 ştat müəllim, Nəzəri fizika kafedrasında 1 baş müəllim və Cinayət prosesi kafedrasında 1 müəllim yeri vakantdır.
Bundan başqa, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasında 1 dosent, Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı tarixi və Hidrometeorologiya kafedralarının hər birində 1 professor, Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasında 0,5 ştat professor, Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasında isə 1 dosent vəzifəsi üzrə müsabiqə keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlərdən kafedra müdiri vəzifəsi üzrə sənədlər 2026-cı il noyabrın 6-dan etibarən müvafiq qaydalara əsasən 1 ay müddətində, professor-müəllim vəzifələri üzrə isə 30 gün ərzində qəbul ediləcək.