Dünya əmtəə bazarlarında neft qiymətləri Asiya ticarət sessiyasında artım göstərib. ABŞ-nin Nyu-York Əmtəə Birjasında (NYMEX) dekabr tədarüklü WTI markalı neftin fyuçerslərinin qiyməti 1,04% bahalaşaraq bir barel üçün 91,46 dollara çatıb.
Texniki təhlilə əsasən, WTI nefti üçün dəstək səviyyəsi 86,66 dollar, müqavimət səviyyəsi isə 102,75 dollar müəyyən edilib.
Valyuta bazarında da ABŞ dollarında möhkəmlənmə müşahidə olunub. Dolların altı əsas valyutaya qarşı məzənnəsini əks etdirən DXY indeksi 0,16% artaraq 101,59 bəndə yüksəlib.
Digər tərəfdən, Londonun ICE birjasında yanvar tədarüklü Brent markalı neftin fyuçersləri 1,45% bahalaşaraq bir barel üçün 99,72 dollar səviyyəsində ticarət olunub.
Brent və WTI markalı neftin qiymətləri arasındakı fərq 8,26 dollar/barel təşkil edib.
MONETAR.AZ