Bitcoin ucuzlaşmaqda davam edir

Bitcoin ucuzlaşmaqda

Kriptovalyuta bazarında satış təzyiqi güclənib və Bitcoin son iki ayın ən aşağı qiymət səviyyəsinə geriləyib.

Monetar.az xəbər verir ki,  Bitcoin-in qiyməti 76 600 dollardan aşağı düşüb.

Ucuzlaşma texnologiya səhmlərindəki kəskin satışlarla eyni vaxta təsadüf edib. Süni intellekt sektoruna investisiyalarla bağlı narahatlıqlar və ABŞ-da tənzimləmələrin sərtləşdirilməsi ehtimalı investorların riskli aktivlərə marağını azaldıb.

Bununla yanaşı, Binance platforması ilə bağlı insident və pərakəndə investorların kriptovalyutalara marağının zəifləməsi də bazara təzyiq göstərən amillər sırasında yer alıb.