ABŞ-ın kripto siyasəti fonunda Bitcoin 64 min dolları ötüb

ABŞ-ın kripto siyasəti fonunda Bitcoin

Həftənin əvvəlində təxminən 61 min dollar səviyyəsinə qədər geriləyən Bitcoin son günlər yenidən bahalaşaraq 64 min dollar həddini keçib. Qiymət artımı investorların ABŞ-da kriptovalyuta bazarına dair yeni tənzimləyici qərarları, institusional investorların artan marağını və növbəti "buğa bazarı"nın daha sabit inkişaf edəcəyi ilə bağlı gözləntiləri qiymətləndirməsi fonunda baş verib.

Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 13:30-a olan məlumata görə 64 262,2 dollar səviyyəsində ticarət olunub.

Bazarın diqqət mərkəzində olan əsas hadisələrdən biri isə ABŞ-da mərkəzi bankın rəqəmsal valyutası (CBDC) ilə bağlı yeni qərar olub. Prezident Donald Tramp mənzil qanun layihəsini nə imzalayıb, nə də veto edib. Nəticədə sənəd Konstitusiya prosedurlarına uyğun olaraq avtomatik qüvvəyə minib və onun tərkibində yer alan müddəaya əsasən, Federal Ehtiyat Sisteminə (FRS) 2030-cu ilin sonunadək rəqəmsal dollar buraxmaq qadağan edilib.

Kripto bazarı iştirakçıları hesab edirlər ki, bu qərar özəl steyblkoinlər üçün mühüm üstünlük yaradır. Çünki rəqəmsal dolların dövriyyəyə buraxılması bir çox şirkət tərəfindən özəl sabitkoinlərə potensial rəqib kimi qiymətləndirilirdi.

Analitiklərin fikrincə, tənzimləyici mühitdəki dəyişikliklər və institusional investorların bazara marağının davam etməsi yaxın dövrdə Bitkoinin qiymət dinamikasına əsas təsir göstərən amillərdən biri olaraq qalacaq.

MONETAR.AZ