Rusiyada ilk yerli anamorfotik kinoobyektiv təqdim edilib

Rusiyada ilk yerli anamorfotik kinoobyektiv

Rusiyanın dövlət korporasiyası "Rostex"in tərkibinə daxil olan "Şvabe" holdinqi "İnnoprom-2026" sərgisində ölkədə istehsal edilən ilk anamorfotik kinoobyektivi nümayiş etdirib. Lıtkarino Optik Şüşə Zavodu tərəfindən hazırlanmış 80 mm fokus məsafəsinə malik obyektiv bu kateqoriyada Rusiyanın ilk yerli məhsulu hesab olunur.

Yeni obyektiv silindrik linzalar sistemindən istifadə edərək təsviri üfüqi istiqamətdə sıxır və kənarlarda distorsiya, künclərdə isə vinyetləşmə yaratmadan geniş formatlı görüntü əldə etməyə imkan verir. Qurğunun anamorfik sıxılma əmsalı 2x (1:2) təşkil edir. Obyektiv PL mount bərkitmə sisteminə malik rəqəmsal kinokameralar üçün nəzərdə tutulub, eyni zamanda xüsusi adapterlər vasitəsilə digər kameralarla da istifadə oluna bilər.

Şirkətin təqdim etdiyi məhsul xəttinə 40 mm, 60 mm, 80 mm və 100 mm fokus məsafəsinə malik modellər daxildir.

Məlumata görə, obyektivlərin seriyalı istehsalına 2027-ci ildə başlanılması planlaşdırılır. İlk pilot partiya 4 dəstdən ibarət olacaq, sınaq nümunələrinin isə artıq 2026-cı ildə hazır olması gözlənilir.

MONETAR.AZ