Asiya ticarət sessiyasında bu gün WTI (West Texas Intermediate) markalı neftin fyuçers qiymətlərində aşağı yönlü korreksiya qeydə alınıb.
Monetar.az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) noyabr ayı üzrə tədarükü nəzərdə tutulan WTI neftinin fyuçersləri 1,24% ucuzlaşaraq bir barel üçün 93,91 dollar səviyyəsində ticarət olunub.
Cari sessiyada WTI nefti üçün dəstək səviyyəsi 89,61 dollar, müqavimət həddi isə 96,06 dollar təşkil edib.
ABŞ dollarının altı əsas valyutadan ibarət səbətə qarşı məzənnəsini əks etdirən Dollar İndeksi (DXY) 0,54% azalaraq 101,79 bəndə düşüb.
Londonun ICE birjasında ticarət olunan Brent markalı neftin dekabr fyuçersləri də ucuzlaşıb. Belə ki, Brent neftinin qiyməti 1,57% geriləyərək bir barel üçün 104,40 dollar səviyyəsinə enib.
Brent və WTI markalı neftin fyuçersləri arasındakı qiymət fərqi isə bir barel üçün 10,49 dollar təşkil edib.