ABŞ və İran arasında hərbi gərginliyin kəskinləşməsi fonunda investorların risk iştahının zəifləməsi nəticəsində bitkoin bugün 63 000 ABŞ dolları həddindən aşağı enib. Bazar iştirakçıları, eyni zamanda, ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul-kredit siyasəti üzrə son iclasının protokollarının açıqlanmasını da gözləyirlər.
Dünyanın ən böyük kriptovalyutası Moskva vaxtı ilə saat 10:48-ə olan məlumata görə, 1,2% ucuzlaşaraq 62 553,2 ABŞ dolları səviyyəsində ticarət olunub. Halbuki əvvəlki sessiyada bitkoinin qiyməti 64 500 ABŞ dollarından yuxarı qalxmışdı.
MONETAR.AZ