Bitcoin Uorşun çıxışı öncəsi 80 000 dollar səviyyəsini saxlayır

Bitcoin Uorşun çıxışı öncəsi 80 000 dollar

Federal Ehtiyat Sisteminin rəhbəri Kevin Uorşun günün ikinci yarısında gözlənilən çıxışı öncəsi bazarda ehtiyatlı mövqenin qorunması fonunda Bitcoin bu gün bahalaşaraq son maksimumların yaxınlığında qalıb.

Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 10:12-yə olan məlumata görə 1,3% artaraq $79 882,3 səviyyəsinə yüksəlib. Bitkoin bununla həftənin əvvəlində qeydə alınan $81 000-dan yuxarı üç aylıq maksimum səviyyəsinə yaxın mövqeyini qoruyub.

Həftəlik nəticələrə görə də Bitcoin təxminən 2% bahalaşmağa hazırlaşır. Kriptovalyuta ABŞ-da tənzimləmə sahəsində irəliləyişlərlə bağlı nikbinlik fonunda son yeddi gündə əhəmiyyətli dərəcədə möhkəmlənib.

ABŞ Maliyyə Nazirliyinin istiqraz bazarındakı müdaxiləsi də alternativ aktivlərə, o cümlədən Bitkoin və qızıla kapital axınını dəstəkləyib.

Kriptovalyuta bazarı, həmçinin “Nvidia”nın güclü maliyyə nəticələrinin ardınca bu həftə texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan genişmiqyaslı rallidən dəstək alıb.

Bununla belə, ABŞ-İran münaqişəsi ətrafında qeyri-müəyyənliyin davam etməsi və faiz dərəcələrinin gələcəkdə artırılması ilə bağlı narahatlıqlar investorların risk iştahını məhdudlaşdırmaqda davam edir.

MONETAR.AZ