Dünya bazarlarında neftin qiyməti yüksəlməkdə davam edir. Dekabrda çatdırılmalı Brent markalı neftin fyuçersləri 2,44% bahalaşaraq bir barel üçün 111,48 dollara çatıb. Gün ərzində qiymət 109,82-111,61 dollar intervalında dəyişib. Həftəlik artım isə 5,3% təşkil edib.
WTI markalı neftin fyuçersləri də 2,16% bahalaşaraq bir barel üçün 99,25 dollar səviyyəsində ticarət olunub.
Yaxın Şərqdə danışıqlarla bağlı yayılan təsdiqlənməmiş məlumatlar dünən bazarda müvəqqəti sabitlik yaratsa da, Səudiyyə Ərəbistanına qarşı yeni hücumlar və husilərin dəniz nəqliyyatı marşrutlarını hədəf alması qiymətlərin yenidən 110 dollar həddini keçməsinə səbəb olub.
ING analitiklərinin qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanına qarşı yeni hücumlardan sonra Brent markalı neftin qiyməti yenidən 110 dollar səviyyəsindən yuxarı yüksəlib.
MONETAR.AZ