Dünya bazarlarında gümüşün qiymətində artım qeydə alınıb.
Məlumata görə, gümüş çərşənbə axşamı təxminən 5 faiz bahalaşaraq unsiya üçün 79 ABŞ dollarına yüksəlib. Bu, mart ayının ortalarından bəri ən yüksək göstəricidir.
Qiymət artımına ABŞ ilə İran arasında aparılan danışıqlarda irəliləyişin ABŞ dollarına təzyiq göstərməsi təsir edib. Dolların zəifləməsi fonunda neft qiymətləri də 100 dollardan aşağı düşüb ki, bu da inflyasiya ilə bağlı narahatlıqları azaldıb.
Bildirilib ki, həftəsonu danışıqlarda müəyyən durğunluq yaşansa da və Hörmüz boğazında blokada başlasa da, ABŞ rəsmiləri atəşkəs müddətinə qədər danışıqların davam etdiriləcəyini istisna etmirlər.
Eyni zamanda ABŞ dolları son bir ayın ən aşağı səviyyəsinə enib. Xam neft qiymətlərinin azalması isə mümkün razılaşma ümidləri ilə bağlı olub. Bu vəziyyət inflyasiya və faiz artımı ilə bağlı gözləntilərin zəifləməsinə səbəb olub.
Qeyd olunur ki, bazarlar cari il ərzində Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcələrinin endirilməsi ehtimalını təxminən 30 faiz səviyyəsində qiymətləndirir.
Buna baxmayaraq, gümüşün qiyməti hələ də münaqişədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 20 faiz aşağı qalır.
MONETAR.AZ