İnvestorların üzünü güldürən rəqəmlər: qızıl və gümüş bahalaşdı

İnvestorların üzünü güldürən rəqəmlər:

Qiymətli metallar bazarında qızıl və gümüş bahalaşıb

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların qiymətlərində artım müşahidə olunub.

Ticarət məlumatlarına əsasən, qızılın bir troya unsiyasının qiyməti 99,5 ABŞ dolları və ya 2,36 faiz artaraq 4 321,50 dollara yüksəlib.

Gümüşün bir troya unsiyasının qiyməti isə 2,555 dollar və ya 3,77 faiz bahalaşaraq 70,316 dollar təşkil edib.

Həftəlik müqayisədə qızılın qiymətində ciddi dəyişiklik qeydə alınmayıb və göstərici 0,08 faiz azalıb. Gümüş isə eyni dövrdə 3,04 faiz dəyər qazanıb.

Aylıq müqayisədə hər iki metal üzrə azalma müşahidə edilir. Belə ki, qızılın qiyməti son bir ayda 5,55 faiz, gümüşün qiyməti isə 9,59 faiz aşağı düşüb.

İlin əvvəlindən etibarən qızılın qiymətində 0,14 faizlik azalma qeydə alınsa da, gümüş 1,46 faiz geriləyib.

İllik müqayisədə isə hər iki qiymətli metal üzrə artım davam edir. Son 12 ay ərzində qızıl 27,46 faiz, gümüş isə 93,33 faiz bahalaşıb.

MONETAR.AZ