Bu gün Bitcoin son itkilərini bərpa etməyə davam edərək yüksəlib. ABŞ və İran arasında sülh razılaşmasının elan olunması riskli aktivlər bazarında yüksəliş dalğasına səbəb olub və bu da kriptovalyutalara marağı artırıb.
Dünyanın ən böyük kriptovalyutası eyni zamanda spot birja fondlarından (ETF) kapital çıxışının zəifləməsindən də dəstək alıb. Bununla belə, spot ETF-lər ardıcıl beşinci həftə xalis vəsait çıxışı qeydə alıblar.
Bakı vaxtı ilə saat 09:26-ya olan məlumata görə, Bitcoin 2,3% bahalaşaraq 65 809,9 dollara yüksəlib.
Analitiklərin fikrincə, geosiyasi gərginliyin azalması investorların risk iştahasını artırıb və bu, həm səhmlər, həm də kriptovalyutalar bazarında alışların güclənməsinə şərait yaradıb. Bununla yanaşı, ETF-lərdən vəsait çıxışının yavaşlaması institusional investorların satış təzyiqinin zəiflədiyinə işarə kimi qiymətləndirilir.
MONETAR.AZ