Futbol üzrə Dünya Çempionatının start götürməsi rəqəmsal proqnoz bazarlarında misilsiz canlanmaya səbəb olub. Son hesabatlara görə, qrup mərhələsinin oyunlarının keçirildiyi 12 iyun tarixində proqnoz platformalarında günlük ticarət həcmi 4,8 milyard dollar təşkil edib. Bu göstərici proqnoz bazarları tarixində qeydə alınan ən yüksək sutkalıq dövriyyə kimi rekorda imza atıb.
Turnirin açılış günü olan 11 iyunda ticarət həcmi 2,2 milyard dollar idisə, növbəti gün – ABŞ və Paraqvay yığmalarının qarşılaşması fonunda bu rəqəm iki dəfədən çox artaraq rekord həddə yüksəlib.
Maliyyə analitikləri vurğulayırlar ki, Dünya Çempionatının hələ ilkin mərhələsində olmağımıza baxmayaraq, qeydə alınan göstəricilər ABŞ-nin ən böyük idman hadisəsi sayılan "Super Boul"un (Super Bowl) ötənmövsümlük rekordunu (1,4 milyard dollar) artıq qat-qat qabaqlayıb.
Hazırda proqnoz sektorunda əsas kapital axını ABŞ-nin iki nəhəng ticarət platformasının payına düşür: Polymarket və Kalshi
Sözügedən platformalar istifadəçi aktivliyinə və qəbul edilən mərclərin ümumi həcminə görə qlobal bazarda inamla liderlik edirlər. Ekspertlərin fikrincə, turnir irəlilədikcə və pley-off mərhələsi yaxınlaşdıqca proqnoz bazarlarındakı volatillik və günlük dövriyyə rekordları yenilənməyə davam edəcək.
MONETAR.AZ