Beynəlxalq enerji bazarlarında neft qiymətlərində azalma qeydə alınıb. Ticarət məlumatlarına görə, ABŞ-ın WTI markalı xam neftinin bir barrelinin qiyməti 4,33 ABŞ dolları və ya 5,10 faiz azalaraq 80,55 dollara enib.
Şimal dənizindən hasil olunan Brent markalı neftin bir barrelinin qiyməti isə 4 və ya 4,59 faiz ucuzlaşaraq 83,32 dollar təşkil edib.
Həftəlik müqayisədə WTI nefti 11,85 faiz, Brent nefti isə 11,61 faiz dəyər itirib. Aylıq göstəricilərdə azalma daha yüksək olub. Belə ki, WTI markası üzrə qiymət 22,89 faiz, Brent markası üzrə isə 25,69 faiz aşağı düşüb.
Bununla yanaşı, ilin əvvəlindən etibarən hər iki etalon neft markası üzrə artım qorunub saxlanılır. WTI neftinin qiyməti ilin əvvəlindən 40,17 faiz, Brent neftinin qiyməti isə 36,90 faiz yüksəlib.
İllik müqayisədə də müsbət dinamika müşahidə olunur. Son 12 ay ərzində WTI markalı neft 14,57 faiz, Brent markalı neft isə 13,76 faiz bahalaşıb.
MONETAR.AZ