"iPhone 17" artıq sabahdan bahalaşa bilər

"iPhone 17" artıq sabahdan

İnsayder "Fixed Focus Digital" xəbər verib ki, "Apple" şirkəti bütün "iPhone 17" smartfon xətti üzrə qiymətləri kəskin qaldıracaq. Onun məlumatına görə, qiymət artımı avqustun 10-da baş verəcək.

Əvvəllər kütləvi informasiya vasitələri yaddaş çatışmazlığı səbəbindən smartfon istehsalçılarının gözlənilən "iPhone 18" cihazlarının qiymətini qaldırmaq niyyətində olduğunu bildirirdilər. Lakin insayderin məlumatına əsasən, qadcetlərin qiyməti daha erkən arta bilər və bu dəyişiklik mövcud cihaz xəttinə də şamil olunacaq. "iPhone 17"nin nə qədər bahalaşacağı hələlik məlum deyil. Bununla belə, "Apple" özü qiymət artımı barədə hələ ki rəsmi məlumat verməyib.

İnsayder, həmçinin qeyd edib ki, "iPhone 18"in təqdimatından əvvəl şirkət hazırkı nəsil smartfonların istehsal xətlərinin bir hissəsini dayandıracaq. "Fixed Focus Digital"ın məlumatına görə, "Apple" istehsal güclərinin 15%-dən 30%-ə qədərini dondurub.

MONETAR.AZ