Hindistan Neft Nazirliyi nəzdində Neft Sənayesinin Planlaşdırılması və Təhlili Şöbəsinin məlumatlarına əsasən, iyul ayında ölkədə yanacaq istehlakı 19,92 milyon meqaton təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% çoxdur.
Benzin satışı illik müqayisədə 9,2% artaraq 3,82 milyon meqatona çatıb. Dizel yanacağının istehlakı isə 10% artaraq 8,09 milyon meqaton təşkil edib.
İyul ayında durulaşdırılmış neft qazının (LPG) satışı 16,4% azalaraq 2,35 milyon meqatona, nafta satışı isə 13,8% geriləyərək 0,83 milyon meqatona düşüb.
Yanacaq istehlakı ölkədə neftə olan tələbatın əsas dolayı göstəricilərindən biri kimi çıxış edir.
MONETAR.AZ