"The Information" nəşri bu gün sövdələşmənin təfərrüatları ilə tanış olan üç nəfərə istinadən xəbər verib ki, "Nvidia" enerji infrastrukturu üzrə tərtibatçı olan "Lancium" şirkətinə 2 milyard dollar sərmayə qoymaq barədə razılığa gəlib.
Materialda bildirilir ki, bundan əlavə, çip istehsalçısı "Lancium"un əlavə planlaşdırılmış enerji güclərini təmin etməsi şərtilə daha 1 milyard dollar investisiya qoymağı öhdəsinə götürüb.
Sövdələşmə müəssisənin ümumi dəyərinə, o cümlədən sərmayələr və borclara əsasən, "Lancium"u və onun portfelini təxminən 10 milyard dollar dəyərində qiymətləndirir.
2 milyard dollarlıq sərmayə "Nvidia"ya "Blackstone" tərəfindən dəstəklənən enerji infrastrukturu şirkətində təxminən 20%-lik pay verəcək. Əlavə 1 milyard dolların yatırılması halında bu pay təxminən 30%-ə yüksələcək.
"The Information" bildirir ki, "Nvidia"nın "Lancium"a etdiyi investisiya paylı iştirak formasındadır və məlumat emalı mərkəzlərinin tikintisi və ya icarəsi üzrə kredit zəmanətlərini əhatə etmir.
Cəlb edilən kapitalın şirkətin 2027-ci ildə ilkin kütləvi səhmlərin yerləşdirilməsi (IPO) imkanlarını nəzərdən keçirdiyi bir dövrdə "Lancium"a dəstək olacağı gözlənilir.
MONETAR.AZ