Xəzər üzrə regional əməkdaşlıq həlledici rol oynayır

Xəzər üzrə regional əməkdaşlıq həlledici

Xəzər dənizinin səviyyəsinin azalmasının yaratdığı risklər yalnız ayrı-ayrı ölkələrin səyləri ilə aradan qaldırıla bilməz. Bu baxımdan Xəzəryanı dövlətlər — Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan arasında koordinasiyanın gücləndirilməsi əsas şərtlərdən biri hesab olunur.

Mövcud əməkdaşlıq platformalarından biri olan Tehran Konvensiyası Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, ekoloji monitorinq, məlumat mübadiləsi və transsərhəd ekoloji problemlərin birgə həlli üçün hüquqi çərçivə yaradır.

Ekspertlər hesab edirlər ki, gələcəkdə Xəzər üzrə vahid hidrometeoroloji monitorinq və proqnozlaşdırma sisteminin yaradılması su səviyyəsindəki dəyişikliklərin daha dəqiq izlənməsinə imkan verə bilər. Belə bir sistem liman operatorlarının, gəmiçilik şirkətlərinin və logistika iştirakçılarının dayazlaşma risklərini əvvəlcədən qiymətləndirməsinə, marşrut və yükləmə planlarını daha səmərəli şəkildə tənzimləməsinə kömək edə bilər.

MONETAR.AZ