"ADY Əmlak" MMC kommersiya satış nöqtələrinin satın alınması məqsədilə açıq tender elan edib. Monetar.az xəbər verir ki, tenderdə iştirak etmək istəyən şirkətlər imzalanmış və möhürlənmiş müraciəti təqdim etdikdən sonra satınalma üzrə əsas şərtlər toplusunu 10 avqust 2026-cı il saat 18:00-dək əldə edə bilərlər.
Tenderdə iştirak üçün ödəniş nəzərdə tutulmayıb. İştirakçılar son bir ilin maliyyə hesabatını, vergi öhdəliklərinin olmaması barədə arayışı, bank arayışını, hüquqi statusu təsdiq edən sənədləri və bank rekvizitlərini təqdim etməlidirlər.
Tender təklifləri və təklifin məbləğinin 1 faizi həcmində bank təminatı 20 avqust 2026-cı il saat 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi 24 ünvanında yerləşən ADY Plazanın 17-ci mərtəbəsində yerləşən "ADY Əmlak" MMC-nin Təchizat və inzibati işlər şöbəsinə təqdim edilməlidir.
Tender zərfləri 21 avqust 2026-cı il saat 15:00-da açılacaq. Təkliflərin qiymətləndirilməsi zamanı aşağı qiymət, ödəniş şərtləri və çatdırılma müddəti əsas meyarlar kimi nəzərə alınacaq.
Tender AZCON və onun idarəetməsinə verilmiş dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin vahid satınalma qaydalarına uyğun keçiriləcək. Tenderdə iştirakçıların notarial qaydada səlahiyyət verilmiş nümayəndələri açılış prosesində iştirak edə bilərlər.