Elon Musk Texasda 16,8 milyard dollarlıq çip istehsalı zavodu qurur

Elon Musk Texasda 16,8 milyard dollarlıq

İlon Maskın SpaceX və Tesla şirkətləri süni intellekt üçün çip istehsalı gücünü artırmaq məqsədilə ABŞ-nin Texas ştatında yaradılacaq Terafab yarımkeçirici kompleksinə ilkin mərhələdə 16,8 milyard ABŞ dolları sərmayə yatıracaq. Monetar.az xəbər verir ki, bu barədə SpaceX məlumat yayıb.

Məlumata görə, müəssisə Texas ştatının Qrayms dairəsində inşa ediləcək və Maskın şirkətlərinin gələcəkdə artacaq hesablama gücü tələbatını qarşılamaq üçün çip istehsalı imkanlarını genişləndirəcək.

Şirkət bildirib ki, layihə qlobal çip təchizatı ilə SpaceX və Tesla-nın qarşıdakı illərdə ehtiyac duyacağı 1 teravatdan artıq hesablama gücü arasındakı fərqi azaltmağa yönəlib.

Açıqlamaya əsasən, layihənin növbəti genişlənmə mərhələlərində ümumi investisiya həcmi əhəmiyyətli dərəcədə artırıla bilər. Terafab kompleksinin fəaliyyətə başlaması ilə azı 3 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.