6 ayda BƏƏ-dən Azərbaycana cəmi 2 smartfon gətirilib

6 ayda BƏƏ-dən Azərbaycana cəmi

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 493 min 535 ədəd smartfon idxal edilib.

Monetar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, smartfon idxalının ümumi dəyəri 227,1 milyon ABŞ dolları təşkil edib.

İdxalda əsas pay Çinin üzərinə düşüb. Belə ki, hesabat dövründə Çindən Azərbaycana 364 min 984 ədəd smartfon gətirilib. Vyetnamdan 116 min 482, Hindistandan isə 11 min 923 ədəd smartfon idxal olunub.

BƏƏ-dən isə ilin ilk yarısında Azərbaycana cəmi 2 ədəd smartfon idxal edilib. Statistikaya əsasən, həmin iki telefonun ümumi dəyəri 1 190 dollar olub. Bu göstəricinin ABŞ-İran müharibəsi fonunda regionda logistika və gəmiçilik marşrutlarında yaranan çətinliklərlə əlaqəli olması ehtimal edilir. 

Müqayisə üçün, Çindən gətirilən smartfonların sayı BƏƏ-dən idxal olunanlardan 182 mindən çox dəfə çox olub.