Azərbaycana ilin ilk yarısında 109 min velosiped idxal edilib

Azərbaycana ilin ilk yarısında 109 min

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana 108 min 640 ədəd mühərriksiz velosiped və digər ikitəkərli nəqliyyat vasitələri idxal edilib.

Monetar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal olunan velosipedlərin ümumi dəyəri 3,9 milyon ABŞ dolları təşkil edib. Bu, bir velosipedin orta idxal qiymətinin təxminən 35,9 dollar, yəni 61 manat olduğunu göstərir.

İdxalın əsas hissəsi Çinin payına düşüb. Belə ki, ilin ilk altı ayında Çindən Azərbaycana 107 min 596 ədəd velosiped gətirilib. Bu, ümumi idxalın təxminən 99 faizidir. Çin mənşəli velosipedlərin ümumi dəyəri isə 3,72 milyon dollar olub.

Digər ölkələrdən idxalın həcmi xeyli aşağı olub. Rusiyadan 661, Almaniyadan 201, İrandan 60, Tayvandan 35, Banqladeşdən 21, İtaliya və Portuqaliyadan isə 20 ədəd velosiped idxal edilib.

Türkiyədən 6, Niderlanddan 3, Böyük Britaniyadan 3, Polşadan 2, ABŞ-dan 2, Ukrayna və Bolqarıstandan isə 1 ədəd velosiped gətirilib.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 32 ədəd velosiped ixrac edilib. İxracın ümumi dəyəri 3,16 min ABŞ dolları olub.

Beləliklə, ilin ilk yarısında Azərbaycana idxal edilən velosipedlərin sayı ixrac olunanlardan 3,4 mindən çox dəfə çox olub.