95 min manata mənzil tikmək sevdası baş tutmadı

95 min manata mənzil tikmək

“Sosial Xidmətlər Agentliyi” tərəfindən əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Bakı şəhərində mənzillərin satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.

Satınalma çərçivəsində 40 ədəd ikiotaqlı və 20 ədəd üçotaqlı mənzilin alınması planlaşdırılırdı. Layihənin ümumi ehtimal olunan dəyəri 5 milyon 700 min manat təşkil edirdi.

Lakin açıq tender proseduru uğursuz nəticələnib. Məlumata görə, təklif və təklifin təminatını təqdim edən təchizatçıların sayı üçdən az olduğu üçün satınalma “Dövlət satınalmaları haqqında” qanunun müvafiq maddəsinə əsasən ləğv edilib.

Hesablamalar göstərir ki, tender baş tutsaydı, bir mənzilin orta qiyməti təxminən 95 min manat təşkil edəcəkdi. Mənzillərin otaq bölgüsü nəzərə alındıqda ümumilikdə 140 otaq planlaşdırılırdı və bu halda bir otağın orta dəyəri təxminən 40 min 700 manat səviyyəsində formalaşırdı.

Tenderin ləğvi sosial yönümlü bu layihənin icrasını gecikdirir. 

MONETAR.AZ