Adətən müxtəlif əmlakların hərrac yolu ilə satışa çıxarılması ilə gündəmə gələn “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı bu dəfə fərqli istiqamətdə addım atıb.
Qurum Baş ofisi və 12 filialı üçün printerlərin təmiri, yeni kartriclərin alınması və quraşdırılması xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
Müsabiqə 2026/AT/01772/V1 nömrəsi ilə qeydiyyata alınıb və ehtimal olunan dəyəri 84 134 manat təşkil edir. Təkliflərin qəbulu 7 may 2026-cı il saat 12:00-dək davam edəcək, zərflərin açılışı isə eyni tarixdə həyata keçiriləcək.
“Aqrarkredit” daha çox vaxt problemli kreditlər üzrə girov əmlaklarının hərraclarda satışı ilə tanınır. Bu baxımdan, qurumun eyni zamanda satınalma bazarında da aktivlik göstərməsi diqqət çəkir.
MONETAR.AZ