Yokohama Rubber İsraildəki zavodunu satır

Yokohama Rubber İsraildəki zavodunu

Yokohama Rubber İsraildə yerləşən və hazırda fəaliyyət göstərməyən zavodunun satışını elan edib. Şirkət bu əməliyyatdan təxminən 30 milyard yen həcmində mənfəət əldə etməyi gözləyir.

Bildirilib ki, əldə olunacaq gəlir ikinci rübün maliyyə nəticələrində əməliyyat mənfəəti kimi əks olunacaq. Satışın dəqiq qiyməti açıqlanmasa da, zavodun balans dəyəri 2025-ci ilin sonuna 17,3 milyard yen təşkil edib.

Qeyd olunur ki, aktivlər satış üçün nəzərdə tutulmuş kateqoriyaya keçirildikdən sonra onların dəyəri yenidən qiymətləndirilib. Daha əvvəl, 2023-cü ilin sonuna  zavod istehsal aktivləri kimi qeydə alınarkən onun balans dəyəri 7 milyard yen idi, bunun 1,35 milyard yeni torpaq sahəsinin payına düşürdü.

Şirkət həmçinin mart ayında ABŞ-dakı zavodunun satışı ilə bağlı 18 milyard dollar həcmində xərc açıqlamışdı.

MONETAR.AZ