Bakı və Moskva əməkdaşlıq üzrə yeni sazişlər imzalayıb

Bakı və Moskva əməkdaşlıq üzrə

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclası çərçivəsində, Zəngilan şəhərində sənədlərin imzalanma mərasimi keçirilib.

Sənədləri hər iki ölkənin baş nazirlərinin müavinləri — Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.

İmzalanmış sənədlər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların stimullaşdırılmasını, eləcə də müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.