“Azinşaat Servis” ASC səhmdarları yeni sədr seçəcəklər

“Azinşaat Servis” ASC səhmdarları

“Azinşaat Servis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı oktyabrın 19-da keçiriləcək.

Monetar.az xəbər verir ki, yığıncaq saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 1 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin direktorlar (müşahidə) şurasının sədrinin və üzvlərinin seçilməsi, nizamnaməyə əlavə və dəyişikliklərin müzakirəsi və təsdiqi, 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi, eləcə də digər məsələlər daxildir.

Səhmdarların yığıncaqda şəxsiyyətlərini təsdiq edən sənədlə iştirak etmələri tələb olunur.