Balaxanı Maşınqayırma Zavodunun səhmlərinin güzəştli satışında son gün

Balaxanı Maşınqayırma Zavodunun səhmlərinin

“Azneftkimyamaş-Balaxanı Maşınqayırma Zavodu” ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışı üzrə sifarişlərin qəbulu sentyabrın 7-də başa çatacaq.

Monetar.az xəbər verir ki, müəssisənin nizamnamə kapitalı 1 milyon 696,1 min manat, buraxılmış səhmlərin ümumi sayı 848 050 ədəd təşkil edir.

Güzəştli satışa 127 208 səhm çıxarılıb. Bir səhmin nominal qiyməti 2 manatdır. Satışa çıxarılan səhmlərin nominal dəyəri ümumilikdə 254 416 manat təşkil edir.

Səhmləri güzəştlə almaq hüququ müəssisədə əsas iş yeri olan əməkdaşlara, qanunvericiliyə uyğun olaraq əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslərə, müəssisədə 7 ildən çox çalışaraq təqaüdə çıxmış şəxslərə, həmçinin 1 yanvar 1995-ci ildən sonra ixtisar nəticəsində işdən azad edilərək işsiz statusu almış şəxslərə şamil olunur.

Güzəştli satışda iştirak etmək istəyən şəxslərdən investisiya şirkətlərində depo hesabının açılması tələb olunur.