Bu gün Əmlak Xidmətləri Məkanında dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərracları keçiriləcək.
Hərraclar Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında saat 11:00 və 12:00-da təşkil olunacaq.
Saat 11:00-da keçiriləcək hərracda əsasən tikinti materialları satışa çıxarılacaq. Bu siyahıya dekorativ mərmər daşlar, müxtəlif ölçülü keramoqranitlər, “Dehbid”, “Pietra” və “Silver” növlü mərmər daşlar, həmçinin “ZHIKAFIX” və “ZHIKAPOND” markalı keramika yapışdırıcıları daxildir. Lotlar üzrə start qiymətləri 2 607,50 manatdan başlayaraq 33 480 manatadək dəyişir. Bu mallar 2-ci dəfə təkrar hərraca çıxarılıb.
Saat 12:00-da keçiriləcək digər hərracda isə əsasən Çin mənşəli müxtəlif ölçülü rezin və parça ayaqaltılar satışa çıxarılacaq. Ümumilikdə 7 alt-lotdan ibarət olan bu hərracın ümumi start qiyməti 74 785,20 manat təşkil edir. Sözügedən mallar 3-cü dəfə 10 faiz endirimlə təkrar hərraca çıxarılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq qaydalara əsasən gömrük orqanlarının əməkdaşları və onların ailə üzvləri bu hərraclarda iştirak edə bilməzlər.
MONETAR.AZ