Bu gün saat 10:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 30 faiz endirimlə təkrar hərraca çıxarılacaq.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.
Hərraca çıxarılan nəqliyyat vasitələri əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi 136P ünvanında, eləcə də Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında yerləşir. Siyahıya müxtəlif markalı minik və xüsusi təyinatlı avtomobillər daxildir. Onların sırasında “Lexus LX 570” (2016), “Hyundai Equus 3.8” (2012), “Mitsubishi Galant” (2010), “Hyundai Grandeur” (2014), “Kia Cerato” (2010), “Hyundai Sonata” (2008), “Hyundai Veracruz” (2007), “GMC Yukon Denali” (2013), “Hyundai H1” (2010), “Mercedes Benz 414” (1999), “Mercedes Benz 314” inkassasiya (2006), “VAZ-21213” (1996) və “Honda Accord” (2011) avtomobilləri yer alır.
Start qiymətləri 2660 manatdan başlayaraq 71 877,19 manatadək dəyişir. Hərracda iştirak etmək üçün tələb olunan 10 faiz beh məbləği isə müvafiq olaraq 266 manatdan 7187,72 manatadək təşkil edir.
MONETAR.AZ