“Gəncə Şərab-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. Yığıncaq 25 iyun 2026-cı il tarixində saat 15:00-da baş tutacaq.
İclasın gündəliyinə cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi, Təftiş Komissiyasının hesabatının dinlənilməsi, illik balansın və hesabatın təsdiqi, həmçinin digər məsələlər daxildir.
Tədbir Gəncə şəhəri, Z. Hacıyev küçəsi 56 ünvanında keçiriləcək.
“Gəncə Şərab-1” ASC-nin Direktorlar Şurası səhmdarları yığıncaqda iştirak etməyə dəvət edib.
MONETAR.AZ