Hərraca 16 nəqliyyat vasitəsi çıxarılır – ən ucuzu 1200 manatdır

Hərraca 16 nəqliyyat vasitəsi çıxarılır –

Oktyabrın 6-da saat 10:00-da 16 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Satışa çıxarılan avtomobillər, yük maşınları və xüsusi texnika üzrə start qiymətləri 1 200 manatdan başlayır.

Monetar.az xəbər verir ki, hərracda ən aşağı start qiyməti 2001-ci il istehsalı “TOFAŞ ŞAHİN” minik avtomobilinə müəyyən edilib. Avtomobilin ilkin qiyməti 1 200 manat, 10%-lik beh məbləği isə 120 manatdır.

Hərraca çıxarılan digər nəqliyyat vasitələri arasında 1979-cu il istehsalı “ZIL-130-76” xüsusi təyinatlı avtomobil, 1991-ci il istehsalı “ZIL-130” yanğınsöndürən maşın, “Nissan Pickup”, “VAZ 21213”, “VAZ 21214”, “Mercedes-Benz”, “Volkswagen LT 46”, “QAZ 33023”, “KamAZ 65115” və digər texnikalar var.

Ən yüksək start qiyməti isə 2010-cu il istehsalı “Hyundai HB100” ekskavator-yükləyicisinə müəyyən edilib. Texnikanın ilkin satış qiyməti 14 min manat, beh məbləği 1 400 manatdır.