Dünya bazarında şəkər 4 faizdən çox bahalaşıb

Dünya bazarında şəkər

Dünya əmtəə bazarında əsas məhsulların qiymətlərində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Şəkər və kakao bahalaşdığı halda, neft və təbii qaz ucuzlaşıb.

Monetar.az xəbər verir ki, şəkərin qiyməti 4,26%, kakaonun qiyməti isə 3,21% artıb. Düyünün qiyməti 1,07% azalıb.

Metallar arasında ən çox platin bahalaşıb – 1,62%. Mis 1,39%, gümüş isə 1,18% artıb. Qızılın qiyməti 0,11% geriləyib.

Enerji bazarında isə ucuzlaşma üstünlük təşkil edib. Böyük Britaniyada təbii qazın qiyməti 2,17%, Avropada təbii qaz 1,78%, benzin 1,76% ucuzlaşıb.

“Brent” markalı neft 1,21%, xam neft isə 1,15% dəyər itirib. Eyni zamanda propanın qiyməti 1,78%, soba yanacağının qiyməti isə 1,08% yüksəlib.