Bitcoin həftənin ilk ticarət günündə 85 min dollar həddinin üzərində möhkəmlənib. İnvestorlar ABŞ əmək bazarına dair gözləniləndən zəif məlumatları, hələ də yüksək olan ABŞ xəzinə istiqrazlarının gəlirliliyini və davam edən inflyasiya risklərini qiymətləndirirlər.
Bakı vaxtı ilə saat 10:27-də Bitcoin 1,1 faiz bahalaşaraq 85 929,4 dollara yüksəlib. Ticarətin əvvəlində isə kriptovalyutanın qiyməti 86 995,4 dollara çatıb.
Bununla belə, Bitkoin 87 min dollar səviyyəsində davamlı möhkəmlənə bilməyib. Kriptovalyuta bu həddi ötən cümə günü ABŞ-da məşğulluq hesabatının açıqlanmasından sonra da qısamüddətə keçmişdi.
MONETAR.AZ