“GRAND CATERİNG” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yenidən təşkil olunaraq Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevriləcək.
Monetar.az xəbər verir ki, yenidən təşkil çərçivəsində cəmiyyətin dövriyyədə olan səhmləri də dövriyyədən çıxarılır.
Dövriyyədən çıxarılacaq səhmlərin ümumi nominal dəyəri 50 min manat təşkil edir. Söhbət hər birinin nominal dəyəri 500 manat olan 100 ədəd adi, adlı, sənədsiz səhmdən gedir.
Şirkətin təşkilati-hüquqi formasının QSC-dən MMC-yə dəyişdirilməsi yenidən təşkil qaydasında həyata keçiriləcək.