Türkiyədə inflyasiya 5 ilin minimumuna düşüb

Türkiyədə inflyasiya

Türkiyədə illik inflyasiya sentyabr ayında 29,73%-ə düşüb. Bu, 2021-ci ilin noyabrından bəri qeydə alınan ən aşağı göstəricidir.

Monetar.az xəbər verir ki, avqustda illik inflyasiya 31,51% təşkil edib. Beləliklə, bir ay ərzində inflyasiya 1,78 faiz bəndi azalıb. Göstərici bazar gözləntilərindən də aşağı olub. Analitiklər sentyabr üçün 30,3% inflyasiya gözləyirdilər.

Aylıq hesablamada isə istehlak qiymətləri 1,84% artıb. Bu göstərici də 2,3%-lik bazar proqnozundan aşağıdır.

Sentyabrda ərzaq və alkoqolsuz içkilərin qiymət artımı 32,95%-ə, nəqliyyat xərcləri 31,8%-ə, geyim və ayaqqabı qiymətləri 10,47%-ə, səhiyyə xərcləri isə 33,85%-ə enib.

Mənzil və kommunal xidmətlər üzrə illik inflyasiya isə əksinə, 39,77%-dən 44,37%-ə yüksəlib.

İnflyasiyanın gözləniləndən daha sürətli azalması Türkiyədə faiz dərəcələrinin bu ay aşağı salınacağı ilə bağlı gözləntiləri gücləndirib.